7-9 oktyabr tarixlərində olan aqrometeoroloji proqnoz

Oktyabr ayının 7-də fasilələrlə yağış yağacağı , ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. 08 – 09 tarixlərində isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 08-də gecə və səhər bəzi şərq rayonlarında, 09-u isə səhər bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu aran və dağətəyi rayonlarda 20-26 ⁰C isti olacaq.

Proqnozlaşdırılan hava şəraiti torpaqda rütubətliyi təmin edəcək, bitkilərin suya olan tələbatını nisbətən ödəyəcək və növbəti fenoloji mərhələyə keçməsi üçün əlverişli olacaq. Eyni zamanda yağmursuz hava şəraiti tütün və çay kimi texniki bitkilərdə, meyvə ağaclarında yığım üçün əlverişli olacaq. Belə hava şəraiti sahələrdə və bağlarda aqrotexniki tədbirlərin aparılması üçün uyğun olacaq.