01 Sentyabr 2026, 12:30

Sentyabrın 2-də gözlənilən hava şəraiti

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-20° isti, gündüz 25-28° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət 65-75 % təşkil edəcək.
 
Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-21° isti, gündüz 26-31° isti, dağlarda gecə 9-14° isti, gündüz 17-22° isti olacaq.